AZ

“Qalatasaray” və “Beşiktaş”ın sabiq rəhbərləri saxlanıldı

Türkiyədə idman və şou-biznes dünyasını sarsıdan genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

İdman.Biz xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “Qalatasaray”ın sabiq prezidenti Burak Elmas və “Beşiktaş”ın keçmiş rəhbəri Fikrət Orman da daxil olmaqla 16 nəfər barəsində saxlanılma qərarı verilib. Siyahıda həmçinin Hakan Sabancı, Kerim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və Güzide Duran kimi tanınmış simalar da yer alıb.

İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən 16 ünvanda eyni vaxtda keçirilən əməliyyat nəticəsində şübhəlilərdən 14-ü saxlanılıb, iki nəfər barəsində isə axtarış qərarı çıxarılıb. Onlar narkotik maddə əldə etmək, saxlamaq, istifadəni asanlaşdırmaq və fahişəliyə təşviq kimi müxtəlif ağır cinayətlərdə ittiham olunurlar.

Məşhurlara qarşı 2025-ci ilin oktyabrından bəri davam edən əməliyyatlar çərçivəsində indiyədək 26 nəfər həbs edilib. Saxlanılan şəxslər əvvəlcə səhiyyə yoxlanışından keçirilərək məhkəmə-tibbi ekspertizası üçün Ədliyyə Tibb Qurumunda qan və saç nümunələri verəcək, ardınca isə ifadə vermək üçün prokurorluğa aparılacaqlar. Məhkəməyə sövq edilib-edilməyəcəkləri isə bu mərhələdən sonra bəlli olacaq.

İdman.Biz
Seçilən
35
idman.biz

1Mənbələr