Bakı.Trend:
Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Səhər ayrı-ayrı yerlərdə duman. Şimal-qərb küləyi gündüz cənub-şərqküləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq.Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət80-90 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdəfasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrıyerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıqərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdəarabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlardagecə 0-5° isti, gündüz 7-12° isti olacaq.