AZ

Əflatun Amaşov qəza keçirdi - xəstəxanaya aparıldı



Tanınmış jurnalist Əflatun Amaşov qəza keçirib.

aia.az xəbər verir ki, tanınmış jurnalistin Bakı-Şamaxı yolunda avtomobili aşıb.

Hadisə vaxtı jurnalist xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb. (nocomment.az)

Hadisə ilə bağlı “Yeni Sabah”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov bildirib ki, hazırda atasının səhhəti yaxşı olduğunu bildirib:

“Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.

Qeyd edək ki, Ə. Amaşov uzun müddət Azərbaycan Mətbuat Şurasının sədri və V çağırış Milli Məclisinin deputatı olub. Hazırda "Xalq" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir.



Seçilən
12
18
aia.az

10Mənbələr