AZ

ABŞ ordusunun İrana qarşı əməliyyatda bu qədər əsgər itirib

İrana qarşı hərbi əməliyyatın başlamasından bəri yaralı amerikalı hərbçilərin sayı 290-a çatıb. Bu barədə Fox News ABŞ Mərkəzi Komandanlığının kapitanı Tim Hokinsə istinadən məlumat verir.

Onun sözlərinə görə, bu rəqəm 17 martla müqayisədə 90 nəfər artıb.

Yaralıların ümumi sayından 255 hərbçi artıq xidmətə qayıdıb, 35-i isə hələ də xidmətdə deyil, o cümlədən 10-u ağır vəziyyətdədir.

İrana qarşı əməliyyatın başlamasından bəri 13 amerikalı hərbçi həlak olub.

Seçilən
17
veteninfo.az

1Mənbələr