AZ

Urazın şikayətlərinə sərt reaksiya verdi “İşləməsin”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin iki məşhur aktyoru Mehmet Aslantuğ və Uraz Kaygılaroğlu arasında gərginlik yaşanıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslantuğ həmkarının açıqlamalarına reaksiya verib. 

Bölüm başına 1 milyon 200 min TL (təxminən 46 min manat) qazanan Kaygılaroğlu serial çəkilişlərinin çətinliyindən danışıb: “Serial çəkmək çox çətindir. Həftədə 5-6 gün, gündə 12 saat çəkilişdə olursan. 120 nəfər bir evin içində, nəfəs almağa yer yoxdur. Axşam evə gedirəm, yatıram, oyanıb yenidən ora qayıdıram. Arada həyatımı da davam etdirməliyəm”.

Onun yüksək qazancına baxmayaraq, bu cür şikayət etməsini mənasız hesab edən Mehmet Aslantuğ isə sərt mövqe nümayiş etdirib: “Əgər çətinlikdən danışsaq, cəmiyyətin digər sahələrindəki çətinlikləri unudarıq. Əmək və güc problemlərini görməzdən gələrik. İşi buraxsın, ən asan həll budur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr