AZ

Parataekvondoçularımız Türkiyə Açıq Beynəlxalq Turnirində iştirak edəcək

Bu gün Türkiyənin Antalya şəhərində parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, ölkəmizi turnirdə K-44 kateqoriyasında kişi idmançılarımızdan Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlardan isə Səmayə Həsənova (47 kq) təmsil edəcək.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Milli komandamız yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov rəhbərlik edəcək.

İdman.Biz
Seçilən
24
idman.biz

1Mənbələr