İsrail Müdafiə Ordusu (SAXAL) sübh saatlarında Tehranın mərkəzində yerləşən və İran Müdafiə Nazirliyinin birbaşa nəzarəti altında olan iki mühüm hərbi obyekti tamamilə məhv edib.
Musavat.com xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, hədəf alınan binalar uzaqmənzilli müasir dəniz qanadlı raketlərinin hazırlanması və istehsalı üzrə ixtisaslaşmış strateji mərkəzlər olub.
Kəşfiyyat mənbələri bildirir ki, bu zavodlar Hörmüz boğazı və Hind okeanında gəmilərə qarşı istifadə edilən ən təhlükəli raketlərin yeganə istehsal mənbəyi idi. Zərbələr nəticəsində komplekslərin daxilində güclü partlayışların baş verdiyi və istehsalat xətlərinin bərpaolunmaz dərəcədə sıradan çıxdığı qeyd olunur. Şahidlərin sözlərinə görə, Tehranın mərkəzi məhəllələrində eşidilən partlayışlar bir neçə kilometr radiusda binaların pəncərələrini sındırıb və ərazidəki hava hücumundan müdafiə sistemləri hücumun qarşısını almaqda aciz qalıb.
Mətbuata açıqlama verən ekspertlər bu əməliyyatı İranın dənizdəki təhdid imkanlarına endirilmiş ən ağır zərbələrdən biri kimi qiymətləndirirlər. Hazırda vurulan obyektlərin ətrafında xüsusi mühafizə rejiminin tətbiq edildiyi və itkilərin müəyyənləşdirildiyi bildirilir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta