AZ

İranın raket istehsalı obyektləri BOMBALANDI, Ağ Ev "DAYANMAQ YOXDU" dedi

İsrail Hərbi Dəniz Qüvvələri İranın paytaxtı Tehrana zərbələr endirib.

İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Hücum zamanı şəhərin mərkəzində iki dəniz kruiz raketi istehsal edən müəssisə bombardman edilib.

Müəssisələrin İran Müdafiə Nazirliyinə məxsus olduğu bildirilib.

ABŞ Prezidenti Donald Trampın və onun danışıqlar komandasının İranla mümkün diplomatik təmasları araşdırmasına baxmayaraq, İrana qarşı genişmiqyaslı "Epik Qəzəb" (Operation Epic Fury) hərbi əməliyyatı fasiləsiz davam etdirilir.

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt "New York Times" qəzetinə verdiyi açıqlamada hərbi hədəflərə çatana qədər zərbələrin dayandırılmayacağını bəyan edib. Levitt vurğulayıb ki, ali baş komandan və Pentaqon tərəfindən müəyyən edilmiş strateji vəzifələrin icrası diplomatik proseslərlə paralel şəkildə, lakin ondan asılı olmayaraq həyata keçirilir.

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində sualları professor Qabil Hüseynli cavablandırır.

Seçilən
21
musavat.com

1Mənbələr