AZ

Tehrana ağır zərbə: Raket istehsalı mərkəzləri məhv edildi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İranın paytaxtı Tehranın mərkəzində yerləşən strateji hərbi obyektlərə qarşı əməliyyat keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində dəniz qanadlı raketlərinin istehsalı ilə məşğul olan iki mühüm obyekt tamamilə sıradan çıxarılıb.

Söhbət birbaşa İran Müdafiə Nazirliyinin nəzarəti altında olan, uzaqmənzilli və müasir dəniz qanadlı raketlərinin hazırlanması və istehsalı mərkəzlərindən gedir.

İsrail tərəfi bu obyektlərin regional təhlükəsizliyə birbaşa təhdid yaratdığını və strateji hərbi infrastrukturun bir hissəsi olduğunu vurğulayıb.

Sara,
NOCOMMENT.az

Seçilən
20
nocomment.az

1Mənbələr