AZ

Zidan məşqçilər korpusunu formalaşdırdı - SON DURUM

"Real Madrid"in keçmiş baş məşqçisi və Fransa millisinin keçmiş oyunçusu Zinəddin Zidan yığmaya təyin olunacağı təqdirdə məşqçilər heyətini formalaşdırıb.

Fanat.Az xəbər verir ki, "Lequipe" qəzeti fransalı mütəxəssisin David Bettoni və Hamid Msaidi ilə əməkdaşlıq edəcəyini bildirib. 

Hər ikisi Zidanın Madrid klubundakı məşqçilik karyerası ərzində onunla birlikdə çalışıb. Mənbənin məlumatına görə, Zidanla Fransa Futbol Federasiyası arasında onun gələcəkdə milli komandanın baş məşqçisi təyinatı ilə bağlı artıq şifahi razılıq əldə edilib.

Fransız məşqçi "Real Madrid"ə iki dəfə - 2016-cı ildən 2018-ci ilə qədər və 2019-cu ildən 2021-ə qədər rəhbərlik edib. Bu müddət ərzində komanda onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasını qazanıb və Zidanın klub tarixinin ən uğurlu məşqçilərindən biri kimi statusu möhkəmlənib.

Seçilən
1
fanat.az

1Mənbələr