AZ

ABŞ VAMPIRE antidron sistemlərinin istehsalını artırır

ABŞ-ın “L3Harris Technologies” şirkəti Alabama ştatının Hantsvill şəhərində yerləşən müəssisəsində VAMPIRE antidron sistemlərinin yüksək həcmli istehsalına başlayıb.

“Poliqon”un “L3Harris Technologies”ə istinadən verdiyi xəbərə görə, yeni istehsal xətti ABŞ və müttəfiqlərinin dron təhlükəsi ilə mübarizə aparmaq ehtiyacına birbaşa cavab verəvək.

Müəssisədə VAMPIRE sisteminin quru nəqliyyat vasitələrinə və konteyner tipli silah sistemlərinə inteqrasiyası üçün çevik yığım, sınaq və quraşdırma sahəsi mövcuddur. İstehsal xətti tələbat artdıqca həcmi uyğun şəkildə artırmaq imkanına malikdir.

Qeyd edək ki, VAMPIRE sistemi 2023-cü ildən etibarən Avropadakı döyüş əməliyyatları zamanı kiçik ölçülü dronları aşkar edib, izləyib və zərərsizləşdirib. 2025-ci ildə isə “L3Harris Technologies” VAMPIRE sistemləri ailəsinin genişləndirildiyini elan edib. Bu genişlənmə quru, dəniz, hava və elektron müharibə əməliyyatları üçün ixtisaslaşmış variantları, həmçinin yeni müdafiə təyinatlı quru platformalarına inteqrasiyanı əhatə edir.

Seçilən
95
poliqon.az

1Mənbələr