AZ

Səhər oyananda mən yatıram ... Gecələr gec yatmaq insan sağlamlığına necə təsir göstərir və hansı risklər daşıyır?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Gecələr gec yatmaq ürək xəstəliklərindən və diabetdən tutmuş depressiyaya və xərçəngə qədər bir çox xəstəlik riskini artırır.

Bədənimizdəki bioloji saat 24 saatlıq dövrdə işləyir və nə vaxt yemək yediyimizi, yatdığımızı və bir çox digər fiziki funksiyaları tənzimləyir. Bioloji saatımız hipotalamus tərəfindən idarə olunur və daim müntəzəm işləmək istəyir. Lakin bəzən etdiyimiz səhvlər onun ritmini poza bilər. İşimizi evə gətirir, saatlarla yuxusuz qalır və bədənimizi stress hormonu kortizolla daim yükləyirik. Bədənimizin öyrəşdiyi ritmi pozduqda ciddi xəstəliklər riskini artırırıq.

Əslində, genlərimiz gecə yata bilməmək şəxsiyyətinin formalaşmasında rol oynayır. Daxili saatımız müxtəlif genlər tərəfindən ifraz olunan zülallar tərəfindən idarə olunur. Müəyyən genlər bədənin daxili bioloji saatını yavaşladır və insanların gec saatlara qədər oyaq qalmasına səbəb olur.

Bütün gecə oyaq qalmaq qanınızdakı 100-dən çox zülalın səviyyəsinə təsir göstərə bilər. Yuxusuzluqdan əziyyət çəkən və ya bütün gecə oyaq qalan insanlarda qlükaqon zülalı yüksək səviyyədə olur. Qlükaqon, qaraciyər vasitəsilə qan dövranına şəkərin buraxılmasını tetikləyən bir zülaldır və onun artması diabet riskini artırır.

Tədqiqatçılar gecə oyaq qalan insanların sağlam olmayan qidalar istehlak etdiyini və bir çox xəstəlik riskini artırdığını aşkar ediblər. Gecə oyaq qalmaq iştahı artırır və daha tez-tez yeməyə səbəb olur. Bioloji ritmi pozulmuş insanlarda toxluq hissi verən leptin hormonu azalır, aclığı artıran qrelin hormonu isə yüksəlir. Bu hormonal disbalans çəki artımına səbəb ola bilər.

Yuxusuz gecələr həzm sisteminə də zərər verə bilər, çünki bədənin qlükozanı təmizləmə üsulu gecə ərzində dəyişir. Bu isə uzun müddətdə diabet və böyrək çatışmazlığı riskini artırır.

Başqa bir araşdırma, gündə 7 saatdan az yatan insanların daha çox çəki almağa meylli olduğunu və piylənmə riskinin artdığını göstərib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
bizimyol.info

1Mənbələr