AZ

Evini ChatGPT ilə satdı, 100 min dollar irəli düşdü FOTO

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mayami sakini Robert Levin evini satarkən ənənəvi vasitəçilərdən imtina edərək maraqlı addım atıb. Üç uşaq atası olan Levin daşınmaz əmlak agenti əvəzinə ChatGPT proqramından istifadə edərək mənzilini cəmi beş günə satmağı bacarıb.Demokrat.az xəbər verir ki, NBC Miami-nin məlumatına görə, Levin satış strategiyasından tutmuş qiymət təyini və elan mətninin hazırlanmasına qədər bütün mərhələlərdə süni intellektin məsləhətlərinə əməl edib. Proqram hətta evin dəyərini artırmaq üçün bəzi otaqların rəngini dəyişməyi və elanı həftə ortası yerləşdirməyi tövsiyə edib. Nəticə gözləniləndən də uğurlu olub. Cəmi üç gün ərzində evə beş müxtəlif təklif gəlib və beşinci gün artıq satış müqaviləsi imzalanıb.

Seçilən
47
demokrat.az

1Mənbələr