AZ

"Mançester Yunayted" "Ayntraxt"ın iki futbolçusunu transfer hədəfinə alıb

İngiltərənin "Mançester Yunayted" klubu "Ayntraxt"ın (Frankfurt, Almaniya) sol cinah müdafiəçisi Nataniel Braun və yarımmüdafiəçisi Hüqo Larssonu transfer hədəfinə alıb.

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın skautları bu yaxınlarda "Ayntraxt"ın "Mayns"a qarşı keçirdiyi matçda 22 yaşlı almaniyalı və 21 yaşlı isveçli futbolçuların oyununu yaxından müşahidə ediblər.

Hər iki oyunçu ilə Premyer Liqanın digər klubları da maraqlandığı bildirilib.

Qeyd edək ki, "Transfermarkt" portalı N.Braunun dəyərini 35 milyon, H.Larssonun qiymətini isə 40 milyon avro məbləğində qiymətləndirir. Futbolçuların Frankfurt klubu ilə müqavilələrinin müddəti müvafiq olaraq 2030 və 2029-cu ilədək nəzərdə tutulub.

Seçilən
13
far.az

1Mənbələr