AZ

Həkim səhlənkarlığı: Mbappenin yanlış dizi müayinə olundu

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Real Madrid”in həkimləri hücumçu Kilian Mbappenin dizini yoxlayarkən ciddi səhvə yol veriblər. Tibb işçiləri futbolçunun sol dizini müayinə etmək əvəzinə, sağ dizini yoxlayıblar.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə COPE də daxil olmaqla bir çox mənbə məlumat yayıb.

Daha əvvəl K.Mbappe “Real Madrid”dəki müayinə ilə bağlı problemi dolayısı ilə təsdiqləmişdi. Futbolçunun sözlərinə görə, bəxti gətirib ki, Parisdə ona düzgün diaqnoz qoyulub.

K.Mbappe artıq tam bərpa olunub və Fransa millisinin düşərgəsinə çağırılıb.

Qeyd edək ki, komandanı qarşıda Braziliya və Kolumbiya yığmalarına qarşı yoldaşlıq oyunları gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
globalinfo.az

4Mənbələr