AZ

ABŞ-nin itkiləri açıqlandı

ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi kampaniyasının başlanmasından bəri təxminən 290 amerikalı hərbçi yaralanıb.

News365.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü CNN-ə bu barədə bildirib.

Mənbə əlavə edib ki, CENTCOM-un məlumatına görə, son bir həftə ərzində 90 hərbçi yaralanıb. 290 yaralıdan 255-i xidmətə qayıdıb. On hərbçinin vəziyyəti ağır olaraq qalır.

Bəyanatda deyilir ki, eyni zamanda 13 amerikalı hərbçi həyatını itirib.

Seçilən
22
2
news365.az

3Mənbələr