AZ

“İmişli”nin “dağılması”: səbəb meydanda yox, kabinetdədir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbolda bəzən uğursuzluqlar olur. Seriyalar qırılır, komanda enişə keçir, sonra yenidən toparlanır. Amma "İmişli"də baş verənlər artıq adi idman böhranı deyil — bu, açıq-aşkar idarəçilik fiaskosudur.Ardıcıl 14 oyundur ki, qələbə yoxdur. Bunun 13-ü çempionat, biri kubok matçıdır. Daha betəri isə odur ki, komanda son 7 qarşılaşmada qol belə vura bilmir. Bu artıq sadəcə nəticə problemi deyil — bu, ruhsuzluqdur, inamsızlıqdır, motivasiyanın tam sıfırlanmasıdır.22 xalla 9-cu pillədə olan bir komandanın bu qədər sürətlə aşağı yuvarlanması təsadüfi deyil. Qarşıdakı turlarda "Turan Tovuz" və birbaşa rəqib "Qəbələ" ilə oyunlar var. Bu gedişlə "İmişli"nin 11-ci pilləyə düşməsi heç də sürpriz olmayacaq — əksinə, məntiqi nəticədir.Amma əsas məsələ nəticələr də deyil. Problem meydanda yox, rəhbərlikdədir. Mövsümün əvvəlinə nisbətən yaxşı başlayan, ötən il "Sabah"ı və "Neftçi"ni məğlub edən komandanın niyə bu hala düşdüyünü anlamaq üçün oyuna baxmağa belə ehtiyac yoxdur. Cavab artıq məlumdur: rəhbərliyin yanlış qərarları.Bəs səbəb nədir?Legioner futbolçulara açıq şəkildə bildirilib ki, müqaviləsi bitənlərlə yeni anlaşma olmayacaq. Bu nə deməkdir? Bu, futbolçulara "sən bu klub üçün artıq lazım deyilsən" mesajıdır. Belə vəziyyətdə hansı peşəkar oyunçu can qoyar? Hansı motivasiya ilə oynayar?Futbolçudan ürəklə oynamaq tələb edirsən, amma eyni zamanda ona deyirsən ki, "sən burada artıq lazım deyilsən". Bu, peşəkar idarəçilik deyil — bu, komandadaxili mühiti qəsdən dağıtmaqdır."Debütant" bəhanəsi isə artıq işləmir. Bəli, "İmişli" Premyer Liqanın debütantıdır. Amma bu qədər uzun müddətli uğursuzluğu bununla ört-basdır etmək mümkün deyil. Debütant olmaq o demək deyil ki, komanda meydanda yoxa çıxmalıdır.Əksinə, belə komandalar adətən daha istəkli, daha aqressiv olur. "İmişli"də isə bunun tam əksi baş verir — komanda sanki mövcudluğunu formal şəkildə davam etdirir.Bölgə klubunun bugünkü durumu təsadüfi deyil. Bu, yanlış qərarların, plansızlığın və futbolun elementar prinsiplərinə hörmətsizliyin nəticəsidir.Əgər rəhbərlik bu yanaşmanı dəyişməsə, komandanı nə "Turan Tovuz" oyunu xilas edəcək, nə də "Qəbələ" ilə final xarakterli qarşılaşma. Çünki problem rəqiblərdə yox, öz içlərindədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
sport24.az

1Mənbələr