AZ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Martın 24-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

“İki sahil” xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
21
13
ikisahil.az

10Mənbələr