AZ

Zərdabda avtomobil su kanalına aşıb

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

525.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı maşında olan 2 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
525.az

4Mənbələr