AZ

ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb

2025-ci ildə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanı da əhatə edən bir sıra regional texniki yardım layihələrinə 39,38 mln. ABŞ dolları vəsait ayrılıb.

APA-Economics” xəbər verir ki, layihələr əsasən yaşıl enerji və enerji ötürülməsi, iqlim fəaliyyəti, dayanıqlı maliyyələşdirmə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və dəmir yolu sektorunun rəqəmsallaşdırılması, istilik təchizatı sektorunun dekarbonizasiyası, şəhər inkişafı, əmək bazarı və dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması istiqamətlərini əhatə edib.

Bu çərçivədə “Sektor əməliyyatları vasitəsilə iqlim fəaliyyətinin, innovasiyanın və özəl sektorun inkişafının sürətləndirilməsi” regional texniki yardım layihəsinin büdcəsi 14,8 mln. ABŞ dolları təşkil edir. Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı və digər layihələrin hazırlanması üzrə əməliyyat məsləhət xidmətləri layihəsinə 5 mln. ABŞ dolları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi layihəsinə 3 mln. ABŞ dolları, innovativ maliyyələşdirmə üsullarının tətbiqi üçün suveren institutların imkanlarının artırılması proqramına 3,12 mln. ABŞ dolları, şəhərlərdə yaşıl və dayanıqlı inkişaf layihəsinə 2,1 mln. ABŞ dolları, gender əsaslı zorakılığa cavab mexanizmlərinin gücləndirilməsi layihəsinə isə 2 mln. ABŞ dolları ayrılıb.

Digər texniki yardım layihələri çərçivəsində də enerji əməkdaşlığı, xarici valyuta ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri, Bakı Metropoliteninin genişləndirilməsi, Bakı yaşıl dəhlizi, dəmir yolu sektorunun rəqəmsallaşdırılması və dövlət borcunun idarə olunması üzrə təşəbbüslərə maliyyə dəstəyi göstərilib.

Seçilən
35
3
apa.az

4Mənbələr