AZ

Qarşıda 6 lıq oyunları var, rahatlaşmaq olmaz Emin Quliyev

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

İkinci Liqanın XIX turunda “Xankəndi” səfərdə “Göygöl”ü 5:0 hesabı ilə məğlub edib. Qarabağ təmsilşisinin qələbəsində əsas pay sahiblərindən olan Emin Quliyev qarşılaşmanı dəyərləndirib.

Matçda dubl edən hücumçu Fanat.Az-a belə danışıb:

"Çox yaxşı oyun alındı. Həm qələbə qazandıq, həm də bunu məhsuldar nəticə ilə reallaşdırdıq. Vurduğum iki qolla bu qələbədə pay sahibi olduğum üçün sevinirəm. İlk qolu vurana qədər xeyli çətinlik çəkdik. Ancaq hesab açılandan sonra nisbətən rahat oldu, xüsusilə ikinci hissədə qolları sıralamağa başladıq. Baxmayaraq ki, fasilədən sonra bir neçə qol imkanını dəyərləndirə bilmədim. Bu texniki çatışmazlıqlar üzərində işləməliyəm.

Liqada vurduğum qolların sayını 6-ya çatdırdım. Kuboku da bura əlavə etdək, 8 qol vurmuşam. Əslində, mövsümün əvvəlində bombardir yarışına qoşulmağı düşünürdüm. Amma indi çempionatın elə yeridir ki, hər kəs komandanın nəticəsinə köklənməlidir. Boşluqlar vermək olmaz. Kompakt oynamalıyıq. Belə davam etsək, sonda çempionluğu bayram edə biləcəyik. Qarşıda "6-lıq" oyunları var. Rahatlaşmaq olmaz".

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
fanat.az

3Mənbələr