AZ

Kiarüstəminin Tehrandakı evi bombalandı

BAKI, 25 mart. TELEQRAF

Məşhur iranlı kinorejissor Abbas Kiarüstəminin (1940-2016) evi ABŞ-İsrailin hava zərbələri nəticəsində zərər görüb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

“Albalı dadı” filmi ilə 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatını qazanan məşhur iranlı rejissor Abbas Kiarüstəmini xatırlayırsınız? Hətta onun evi belə ABŞ-İsrailin bombardmanından xilas ola bilmədi. Kiarüstəminin evi ABŞ üçün “qaçılmaz təhlükə”nin bir hissəsi idimi?”, - o, X platformasında yazıb.

İranlı kinorejissor, ssenarist, fotoqraf və şair Abbas Kiarüstəmi 2016-cı il iyulun 4-də onkoloji xəstəlik səbəbindən vəfat edib. Ona dünya şöhrətini 1997-ci ildə çəkdiyi “Albalı dadı” qazandırıb və bu filmə görə Kann Film Festivalının “Qızıl Palma budağı” mükafatına layiq görülüb.

Kiarüstəmi 40-dan çox film çəkib, bir çoxu beynəlxalq kino festivallarında mükafatlar qazanıb. Bu filmlər arasında “Həyat təcrübəsi” (1973), “Səyyah” (1974), “Dostun evi haradadır?” (1987), “Külək bizi aparacaq” (1999), “On” (2002) və digərləri yer alır.

Seçilən
30
teleqraf.com

1Mənbələr