Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova ve Umud Mütəllimov isə xəsarət alıblar.
Telegram kanalımız