AZ

Tərtərdə iki qardaş qəzada öldü 2 nəfər də yaralıdır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tərtər rayonunun Qaradağlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölüm və xəsarətlə nəticələnən qəzada bir ailənin üzvləri faciə ilə üzləşib.Hadisə zamanı 68 yaşlı Nəsrəddin Ağayev və onun qardaşı, 55 yaşlı Yunus Ağayev aldıqları xəsarətlərdən dünyasını dəyişiblər. Qəzada daha iki nəfər, 35 yaşlı Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri nəzərə alınaraq Gəncədəki xəstəxanalardan birinə göndəriliblər. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr