AZ

Millimiz AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komanda bu gün yarışın keçiriləcəyi İspaniyaya yola düşüb. Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq. Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.

Martın 27–29-da təşkil olunacaq AVRO-2026-nın II təsnifat mərhələsində ümumilikdə 20 komanda 5 qrupda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Seçilən
8
4
idmanxeber.az

5Mənbələr