AZ

Paşinyanın son inqilabı – “Onları darmadağın edəcəyik”

BAKI, 25 mart. TELEQRAF

“Ermənistan vətəndaşları sülhə görə minnətdardırlar, onlar özlərini təhlükəsiz hiss etdiklərini söyləyirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hasmik Akopyan deyib.

Deputatın sözlərinə görə, seçkilərdən əvvəl vətəndaşlarla görüşlər zamanı bir neçə məlum hadisə istisna olmaqla, demək olar, qeyri-adi hadisələr baş verməyib: “Biz geniş dəstəyə əminik, buna görə də canlı yayımı açaraq gəzirik. Harada səhv ediriksə, üzr istəməyə hazırıq”.

Akopyan vurğulayıb ki, Baş nazir Nikol Paşinyan və komandası sülh yolu ilə irəliləyərkən, Robert Köçəryan və digərləri münaqişəyə qayıtmaq istəyirlər.

Deputatın sözlərinə görə, Levon Ter-Petrosyan da pulu hər şeydən üstün tutduğu üçün zəngin iş adamı Samvel Karapetyanın namizədliyini dəstəkləyib.

“İyun seçkiləri son inqilab olacaq, keçmiş hakimiyyət nümayəndələri darmadağın ediləcək”, - Hasmik Akopyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr