AZ

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüsünə şübhə ilə yanaşır.

Bizim.Media xəbər verir ki, bu barədə Axios nəşri müzakirələrin gedişindən xəbərdar mənbələrə istinadən məlumat yayıb.
 

Məlumata görə, İran rəsmiləri vasitəçi ölkələr — Pakistan, Misir və Türkiyəyə bildiriblər ki, Tramp onları artıq iki dəfə aldadıb və “yenidən aldanmaq istəmirlər”. Onların fikrincə, ABŞ qoşunlarının hərəkəti və əlavə qüvvələrin bölgəyə göndərilməsi bu şübhələri daha da gücləndirir.


Eyni zamanda, Tramp administrasiyasında vəziyyət fərqli qiymətləndirilir. Vaşinqtonda hesab edirlər ki, hərbi qüvvələrin geniş miqyasda cəmlənməsi danışıqlara ciddi yanaşmanın və “güc mövqeyindən” çıxış etməyin göstəricisidir.

Trampın müşavirlərindən biri isə vəziyyəti belə ifadə edib: “Trampın bir əli razılaşma üçün açıqdır, digər əli isə zərbə endirməyə hazır yumruq kimi sıxılıb.”
 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib. Bundan əlavə, Qərb KİV-ləri ABŞ-ın İrana ünvanladığı 15 maddəlik sülh planının mətnini dərc edib.


Sözügedən mətndə İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.

Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr