AZ

29 yaşlı qadın çayla evlənir

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyada 29 yaşlı ekoloq-aktivist Meq Eyvon özünün qeyri-adi hərəkəti ilə dünya mətbuatının diqqətini çəkib. Bristoldan olan gənc qadın yerli Eyvon çayı ilə rəsmi nikaha girməyə hazırlaşır. Hazırda bu maraqlı "cütlük" münasibətlərinin üçüncü ildönümünü qeyd edir.Demokrat.az xəbər verir ki, Meq hələ 2023-cü ildə keçirilən rəmzi mərasimdən sonra soyadını dəyişərək Eyvon qoyub. Onun sözlərinə görə, bu "evliliyin" əsas məqsədi heç də romantika deyil, su hövzələrinin çirklənməsinə və ekoloji problemlərə diqqət çəkməkdir. O hesab edir ki, insan təbiətlə bu dərəcədə yaxın bağlılıq hiss etməsə, onu qorumaq üçün lazımi addımları atmayacaq.Aktivist qadın hətta ən soyuq qış günlərində belə "sevgilisi" ilə görüşməkdən imtina etmir. O, hər həftə çaya girib üzdüyünü və bunun ona böyük zövq verdiyini bildirir. Yağışlı havalarda çayda üzməyin riskli olduğunu etiraf etsə də, öz ideyasına sadiq qaldığını və bu yolla insanları təbiəti sevməyə çağırdığını qeyd edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr