AZ

Larri Fink: Neftin 150 dollara qədər bahalaşması dünyanı qlobal tənəzzülə aparacaq

Neftin bir barelinin qiymətinin 150 dollara qədər artması qlobal tənəzzülə səbəb olacaq.

"Far.Az" xəbər verir ki, bu barədə dünyanın ən böyük investisiya şirkəti olan "BlackRock"un rəhbəri Larri Fink BBC-yə müsahibəsində bildirib.

Finkin sözlərinə görə, dünya iqtisadiyyatının taleyi hazırda əsasən Yaxın Şərq münaqişəsində İranın rolundan asılıdır.

O, hadisələrin inkişafı üçün iki ssenari qeyd edib, ya vəziyyət sabitləşəcək və qiymətlər böhrandan əvvəlki səviyyəyə qayıdacaq, ya da neftin qiyməti uzun illər 100-150 dollar səviyyəsində qalacaq. Bu isə əhali üçün "reqressiv vergi" kimi təsir edəcək və kasıb təbəqəyə varlılardan daha çox zərbə vuracaq.

"Enerji daşıyıcılarının qiymətinin artması çox reqressiv bir vergidir. O, varlılardan daha çox kasıblara zərbə vurur", - Fink bildirib.

"BlackRock" rəhbəri vurğulayıb ki, artan qeyri-sabitlik şəraitində ölkələr öz resurslarından maksimum səmərəli istifadə etməlidirlər, lakin bununla yanaşı alternativ enerji mənbələrinə aqressiv şəkildə keçid etməlidirlər.

Fink həmçinin qeyd edib ki, neftin yüksək qiymətlərinin uzun müddət davam etməsi dünya ictimaiyyətini yaxın 3–4 il ərzində günəş və külək enerjisi istehsalına keçidi sürətləndirməyə məcbur edə bilər.

Seçilən
19
4
far.az

5Mənbələr