AZ

Uşaqlardakı bu simptom ağır xəstəliyin xəbərçisi ola bilər

Uşaqlarda daimi şəkildə xorultu halalrı baş verirsə, bu sadəcə adi yuxu vərdişi deyil, həm də uşağın inkişafına ciddi təsir göstərə biləcək potensial sağlamlıq problemlərinin əlaməti ola bilər.

Publika.az xəbər verir ki, bu barədə tanınmış uşaq otolarinqoloqu Anastasiya Vişnyakova "Gazeta"-ya müsahibəsində bildirib. O, açıqlamasında xorultunun beyin funksiyası ilə necə əlaqəli olmasından və valideynlərin bu detala diqqət yetirməsinin vacibliyindən də söz açıb.

"Uşaqlarda xroniki xoruldama əksər valideynlərin zərərsiz və müvəqqəti hal hesab etdiyi bir fenomendir. Lakin müasir tibbi dəlillər göstərir ki, müntəzəm xoruldama yuxuda olarkən nəfəs alma pozğunluğunun əlaməti ola bilər və uşağın sağlamlığına, o cümlədən beyin inkişafına təsir göstərə bilər", - mütəxəssis qeyd edib.

Müxtəlif hesablamalara görə, uşaqların təxminən 10-15%-də epizodik xorultu, 3-5%-də isə davamlı xorultu müşahidə olunur.

Seçilən
46
publika.az

1Mənbələr