AZ

“Lada” müştərilərini məyus etdi

Rusiyanın məşhur avtomobil istehsalı şirkəti “AvtoVAZ” (Lada) yeni modellərin məhdud sayıda istehsal edəcəyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, şirkət qərbin sanksiyaları və logistik problemlərə görə ciddi komponent çatışmazlığı ilə üz-üzədir. Bu səbəbdən, “İskra” və elektromobil “Aura” modellərinin sifariş sayında ciddi azalma olacaq.

“AvtoVAZ” daha öncə, “Qranta” və “Vesta” kimi bazarda ciddi tələb görən modellərinin istehsalında uzunmüddətli fasilə vermişdi.

Şirkət hazırda istehsal etdiyi “Lada Niva Legend” və “Niva Travel” kimi yeni nəsil off-road modellərin hərbi modifikasiyası ilə məşğuldur. Bu maşınlar Rusiyanın Ukraynada apardığı müharibədə geniş formada istifadə edilir.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr