ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-nin Hərb Nazirliyi Yaxın Şərqə təxminən 2 000 desantın göndərilməsini qərara alıb.
Oxu.Az xəbər verir ki, "The New York Times" belə bir iddia ilə çıxış edib.
Qəzetin məlumatına görə, 82-ci Hava-Desant Diviziyasının təcili reaksiya qüvvəsinin üzvləri Yaxın Şərqə göndəriləcəklər. Bildirilib ki, paraşütçülər İrana yaxın yerdə yerləşdiriləcəklər.
Ötən həftə "Fox News" "USS Boxer" amfibiya hücum gəmisi və 11-ci Dəniz Ekspedisiya Bölməsinin rəhbərlik etdiyi təxminən 4 500 dənizçi və dəniz piyadasından ibarət amfibiya hücum qrupunun Yaxın Şərqə yola düşdüyünü bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.