AZ

"Monako"nun seneqallı ulduzu hansı İPL klubuna keçəcək?

"Mançester Yunayted" və "Nyukasl"ın skautları Fransa çempionatının 27-ci turu çərçivəsində baş tutan "Olimpik Lion" - "Monako" matçını (1:2) stadiondan izləyiblər.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki,  İngiltərə klublarının nümayəndələri qonaqların iki futbolçusunu - 22 yaşlı yarımmüdafiəçi Lamin Kamara və 24 yaşlı vinger Maqnes Akliuşu iş başında görmək üçün Fransada olublar.

Mənbə "qırmızı şeytanlar" ilə "sağsağanlar"ın öncə Kamara uğrunda mübarizə aparacaqlarını vurğulayıb. Hər iki Premyer Liqa təmsilçisinin seneqallı oyunçunun transferi üçün "Monako"ya rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilib.

Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan Kamara 4 məhsuldar ötürmə ilə yadda qalıb. 36 qarşılaşmada meydanda olan Akliuşun hesabında isə 7 qol və 8 assist var. O, ingilislərin canlı baxdığı görüşdə də komandasının qollarından birinə imza atıb.

Toğrul

Seçilən
7
1
fanat.az

2Mənbələr