Fransa millisini çalışdıracağı gözlənilən Zinəddin Zidan artıq məşqçilər heyətini formalaşdırmağa başlayıb.
QOL.az xəbər verir ki, bu haqda “L’Equipe” məlumat yayıb.
Zidan yığmada işləmək üçün məşqçilər heyətinə yeni mütəxəssislər dəvət edib. O, David Bettoni və Hamidu Msaidienini Fransa millisinə cəlb etmək qərarına gəlib.
Mənbənin bildirdiyinə görə, adıçəkilən mütəxəssislər daha əvvəl Zidanla birlikdə işləyiblər. Onlar fransalı məşqçinin “Real” rəhbərlik etdiyi dönəmdə məşqçilər heyətində yer alıblar.
Qeyd edək ki, daha əvvəl Zinəddin Zidanın Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə etdiyi və milliyə baş məşqçi kimi təyin olunacağı barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Zidanın son klubu “Real” olub.