AZ

Elektronik altıncı dəfə evləndi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Elektronikin macəraları" filmi ilə milyonların sevimlisinə çevrilən aktyor Vladimir Torsuyev şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Sənətçi artıq altıncı dəfə nikah masasına əyləşdiyini açıqlayıb. Maraqlısı budur ki, aktyorun yeni həyat yoldaşı elə onun keçmiş xanımı Liliyadır.Torsuyev bildirib ki, onların boşanması hisslərin bitməsi ilə deyil, tamamilə texniki səbəblərlə bağlı olub. Liliya Ukrayna vətəndaşı olduğu və yaxınları orada yaşadığı üçün bir müddət ayrı qalmalı olublar. Lakin bütün çətinliklərə baxmayaraq cütlük yenidən bir araya gəlib və hazırda birlikdə duet yazdırmağı planlaşdırırlar.Xatırladaq ki, Vladimir Torsuyev əfsanəvi filmdə Elektronik rolunu, əkiz qardaşı Yuri isə məktəbli Sergey Syroyeckin obrazını canlandırıb. Son illər qardaşlar təkcə sənətləri ilə deyil, həm də ictimai-siyasi fəaliyyətləri ilə diqqət çəkirlər. Onlar hazırda Donbasdakı kazak bölmələrində general rütbəsində xidmət etdiklərini və müxtəlif humanitar, eləcə də döyüş tapşırıqlarını yerinə yetirdiklərini bildiriblər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
demokrat.az

1Mənbələr