AZ

Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub

Britaniya və Argentina astronomları əvvəllər astronomlara məlum olmayan yüzdən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə imkan verən neyron şəbəkəsi hazırlayıblar. Bu uğur Yerə bənzər planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır.

AzEdu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidməti məlumat verib.

Uorvik Universitetinin astronomu Marin Lafarq bildirib: “Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsində ulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlanan planetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək”.

Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondunun əvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet Survey Telescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçün hazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.

Seçilən
18
12
azedu.az

10Mənbələr