Son sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 389 pilotsuz uçuş aparatlarını (PUA) vurub.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar xüsusən Moskva regionu və Leninqrad vilayəti üzərində zərərsizləşdirilib.
Əlavə edilib ki, dronlar həmçinin Bryansk, Smolensk, Kursk, Tver, Kaluqa, Belqorod, Orlovsk, Tula, Novqorod, Pskov və Voloqodsk vilayətləri üzərində də vurulub.