AZ

AÇ-2027: Azərbaycan millisi Litva ilə qarşılaşır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda mübarizə aparan milli Litvanın Raudondvaris şəhərində yerli komanda ilə qarşılaşacaq.

Raudondvario stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı Makedoniya və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 qrupdakı digər oyununu martın 28-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.

AÇ-2027
B Liqası, 6-cı qrup
25 mart

20:00. Azərbaycan (U-19) - Litva (U-19)
Hakimlər: İon Orlik, Anatoli Vasyul (hər ikisi Makedoniya), Semyon Şlonçak, Viktor Kopievski (hər ikisi Ukrayna).
Raudondvaris. Raudondvario stadionu.

Seçilən
13
1
fanat.az

2Mənbələr