AZ

20 yaşlı futbolçu Huqo Mosshaqen atışma zamanı öldürülüb

İsveçin "Forward" klubunun 20 yaşlı qapıçısı Huqo Mosshaqen Erebru şəhərində baş verən atışma nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Aftonbladet" məlumat yayıb.

Hadisə martln 21-də axşam saatlarında şəhərin qərb hissəsində dayanacaqda baş verib. Polisə atışma ilə bağlı zəng saat 23:26-da daxil olub. Hadisə yerində yaralı kişi tapılıb, o, sonra ölüb.

"Biz ağır cinayəti araşdırırıq. Bu, təsdiqlənmiş atışma hadisəsidir", - növbətçi zabit Peter Andersson bildirib.

Hələlik heç bir şübhəli müəyyən edilməyib. İstintaq Mosshaqenlə heç bir cinayətkar qrup arasında əlaqə aşkar etməyib. Cinayət işi qətl və silahla bağlı qanun pozuntusu kimi təsnif edilib.

Cinayətin motivi hələ məlum deyil. Bir versiyaya görə, bu, səhvən atışma ola bilər - hədəf onun çevrəsinin başqa üzvü ola bilər.

Qeyd olunur ki, futbolçu hücum zamanı azı bir tanışı ilə birlikdə olub. O, İsveçin dördüncü divizionunda çıxış edən "Forward" klubunun əsas heyətində oynayıb.

Seçilən
3
6
bakivaxti.az

8Mənbələr