AZ

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

La Liqa təmsilçisi "Sevilya"da yeni baş məşqçi təyinatı reallaşıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən kollektiv Luis Qarsiya Plasaya tapşırılıb.

İspaniyalı mütəxəssislə müddəti 2027-ci ilə qədər nızərdə tutulan müqavilə imzalanıb. Cari mövsümün qalan bölümü üçün onun qarşısına qoyulan əsas hədəf Əndəlüs tənsilçisini La Liqada saxlamaqdır.

Plasa daha öncə "Vilyarreal", "Levante", "Malyorka" və "Alaves" kimi klublarda işləyib, eləcə də Çin və Səudiyyə Ərəbistanında legioner həyatı yaşayıb.

29 tura 31 xal toplayan "Sevilya" turnir cədvəlinin 15-ci pilləsində mövqe tutub.

Toğrul

Seçilən
37
1
fanat.az

2Mənbələr