AZ

Başağrı istəmirsinizsə, bu 3 maşından uzaq durun

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avtomobil bazarında bəzi krossoverlər ilk baxışda sərfəli seçim kimi görünür. Amma ustalar xəbərdarlıq edir ki, bu modellər sonradan tez-tez texniki problemlərlə üzləşdirə bilər və əlavə xərclər qaçılmaz olur.Rusiyalı ekspert Evgeni Jitnuxin bildirib ki, ən çox narazılıq doğuran modellər arasında Land Rover Discovery, Volkswagen Tiguan və Peugeot 2008 yer alır.Onun sözlərinə görə, xüsusilə Land Rover Discovery modelinin ikinci və üçüncü nəsillərində elektron sistemlər və transmissiya tez-tez nasazlıq verir. 3.0 litrlik benzin mühərriklərində isə 100 min kilometrdən sonra ciddi problemlər ortaya çıxır. Yağ sərfinin artması, faza tənzimləyicilərinin sıradan çıxması və soyutma sistemində nasazlıqlar ən çox rast gəlinən hallardandır.Volkswagen Tiguan modelinin birinci nəsli də etibarlılıq baxımından ideal sayılmır. 1.4, 1.8 və 2.0 TSI mühərriklərdə yüksək yağ sərfi müşahidə olunur, bu da müəyyən yürüşdən sonra bahalı təmirə səbəb olur. Turbinanın resursu çox vaxt 150–180 min kilometr aralığında məhdudlaşır. Bundan başqa, avtomat transmissiyanın etibarlılığı və kuzovda korroziya halları da sahibləri narahat edən məqamlar sırasındadır.Ekspert Peugeot 2008 modelinin ilk nəsli ilə bağlı da ehtiyatlı olmağı tövsiyə edir. 1.6 litrlik mühərrikdə zəncirin tez sıradan çıxması, 1.2 litrlik versiyada isə mühərrik resursunun nisbətən qısa olması əsas problemlər kimi göstərilir. Bu tip aqreqatlarda 100–120 min kilometrdən sonra əlavə xərclər qaçılmaz ola bilər.Qeyd olunur ki, məhdud büdcə ilə avtomobil alanlar üçün bu modellər ilk baxışda cəlbedici görünə bilər. Amma sonrakı təmir xərcləri ilkin qənaəti bir neçə dəfə üstələyə və seçimdən peşman edə bilər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr