AZ

Salah "Liverpul"dan ayrılacağını açıqladı

Məhəmməd Salah cari mövsümün sonunda İngiltərənin "Liverpul"dan ayrılacağını bəyan edib.

Fanat.Az xəbər verir ki, misirli hücumçu bunu şəxsi "X" hesabında yayımladığı videomüraciətdə açıqlayıb:

"Bu klubda mənimlə olan hər kəsə, xüsusilə indiki və keçmiş komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Azarkeşlər karyeramın ən yaxşı dönəmində mənə inanılmaz dəstək verdilər. Bunu heç vaxt unutmayacağam. Ayrılmaq heç vaxt asan olmur. Siz mənə həyatımın ən yaxşı anlarını yaşatdınız və bu klub həmişə mənim evim olacaq".

Toğrul

Seçilən
7
fanat.az

1Mənbələr