AZ

Avropa Parlamentinin Fransadan olan deputatı istintaqa cəlb edilə bilər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 25 mart, AZƏRTAC

Avropa Parlamentinin Fransadan olan deputatı Fabris Leqjeri istintaqa cəlb edilə bilər.

AZƏRTAC Fransa Beynəlxalq Radiosuna (RFİ) istinadla xəbər verir ki, bu, İnsan Hüquqları Liqasının səyi nəticəsində mümkün olub. Leqjeri 2015-2024-cü illərdə Avropa Sərhəd Agentliyi Fronteksə rəhbərlik etdiyi dövrdə işgəncə və bəşəriyyətə qarşı cinayətdə iştirakda şübhəli bilinir.

Liqa bildirir ki, Fabris Leqjeri sərhəd xidmətinə rəhbərlik etdiyi vaxt miqrantların zorakı üsullarla qovulmasına göz yumub. Bundan başqa, onun tapşırığı ilə əməkdaşlar miqrant qayıqlarının koordinatlarını Liviya sahil mühafizəsinə ötürüb. Sonuncular isə miqrantları tutaraq geri qaytarıb. Halbuki, Liviya sularında olmayan qayıqlarla bağlı məlumat ötürülməməli idi.

Martın 18-də Avropa Parlamentinin deputatı ilə bağlı Parisdə təhqiqat başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
azertag.az

2Mənbələr