“Nyukasl” azarkeşləri Tofiq Bəhramovu yad ediblər.
Sportinfo.az xəbər verir ki, bununla bağlı idman jurnalisti Sənan Şəfizadə paylaşım edib.
O, ingilis mediasının Azərbaycanın əfsanəvi futbol hakimini yenidən yada saldığını bildirib.
“Qonaqlar soruşurdu, axtarırdı. İngilis mediası onu hər zaman xatırlayır. Səhər tezdən ilk olaraq Tofiq Bəhramovu çəkdilər”, - S.Şəfizadə yazıb.
Tofiq Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərənin Almaniyanın qapısına vurduğu qolu sayaraq tarixi qərara imza atmışdı. Almanlar hələ də həmin epizodun qol olmadığını iddia edirlər.