AZ

Tramp İrandan böyük hədiyyə aldıqlarını bildirib: Heyrətamiz hədiyyədir

BAKI, 25 mart. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtona çox böyük hədiyyə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı danışıb. O qeyd edib ki, İranın atdığı addım böyük maliyyə dəyərinə malikdir.

“Onlar dünən heyrətamiz bir şey etdilər. Bizə hədiyyə təqdim etdilər və bu hədiyyə bu gün gəlib çatdı. Bu, çox böyük, böyük məbləğdə pul dəyəri olan hədiyyədir”, - deyə ABŞ lideri vurğulayıb.

Tramp konkret olaraq nədən söhbət getdiyini açıqlamasa da, bunun neft və qazla əlaqəli olduğunu bildirib.

Bundan əvvəl isə ABŞ prezidenti qeyd edib ki, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio İranla danışıqlar aparır.

Seçilən
32
teleqraf.com

1Mənbələr