AZ

“Oturub gələcək barədə düşünməyə vaxtım olacaq” - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Polşalı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti bu yay başa çatacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda düşünməyə vaxtının olacağını söyləyib:

“Müqaviləmlə bağlı heç nə dəyişməyib. Oturub gələcək və seçimlərim barədə düşünməyə vaxtım olacaq”.

37 yaşlı forvard “Barselona”da 184 rəsmi oyun keçirib, 117 qol vurub və 23 məhsuldar ötürmə edib.

“Barselona” 73 xalla La Liqanın turnir cədvəlində liderlik edir.

Seçilən
38
sportinfo.az

1Mənbələr