AZ

Imtahan ərəfəsində psixoloji rahatlığa dəstək məqsədi ilə futbol oyunu keçirilib

Sumqayıt şəhər 37 nömrəli tam orta məktəb layihəsində İmtahan ərəfəsində psixoloji rahatlığa dəstək məqsədi ilə  futbol oyunu keçirilib.
 Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə şagirdlərin tədris uğurlarının təmin olunması ilə yanaşı, onların psixoloji rahatlığının və sağlam mühitin qorunmasına da xüsusi diqqət yetirir.
Buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlərin motivasiyasını artırmaq məqsədilə məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə dostluq futbol oyunu təşkil olunub.
Tədbirin əsas məqsədi imtahan ərəfəsində yaranan gərginliyin azaldılması, komanda ruhunun gücləndirilməsi və şagirdlərin asudə vaxtının səmərəli təşkili olub.
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbi imtahan nəticələrinin yüksəldilməsində balanslı yanaşmanın — həm intensiv hazırlığın, həm də psixoloji rahatlığın — mühüm rol oynadığına inanır

Seçilən
31
yenilik.az

1Mənbələr