BAKI, 25 mart. TELEQRAF
İsrail hökuməti Qüdsdə daimi ABŞ səfirliyi binasının tikintisi üçün torpaq sahəsinin ayrılması qərarını təsdiqləyib.
Teleqraf yerli mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və tikinti naziri Haim Katz birgə bəyanatda bildiriblər.
İsrail hakimiyyətinin fikrincə, daimi səfirlik binasının tikintisi ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin maddi, fundamental və uzunmüddətli ifadəsidir və iki ölkə arasındakı xüsusi münasibətlərin möhkəmliyinin sübutudur.