AZ

İctimai narazılıq artır: “Təsir Dairəsi” niyə hələ də efirdədir?

Son günlər bir sıra tənqid olunan televiziya proqramlarının efirdən götürülməsi mediada geniş rezonans doğurub.

NOCOMMENT.az xəbər verir ki, Lalə Azərtaşın aparıcısı olduğu “Təsir Dairəsi” verilişinin isə hələ də yayımda olması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

İstifadəçilər proqramın məzmununu tənqid edir, bu verilişin də digər bağlanan verilişlər kimi dayandırılmasını tələb edirlər. Cəmiyyətin təzyiqi artır və görünən odur ki, bu verilişin taleyi yaxın günlərdə daha da geniş müzakirələrə səbəb olacaq. Proqramın gələcəyi ilə bağlı qərar televiziya rəhbərliyi tərəfindən diqqətlə izlənilir.

Qeyd edək ki, əvvəlki dövrlərdə Azərbaycan Respublikası Audiovizual Şurası Lalə Azərtaşın aparıcısı olduğu “Təsir Dairəsi” verilişlərində baş verən qanun pozuntularına görə müvafiq kanal rəhbərliyinə son dəfə xəbərdarlıq etmişdir.

Nərmin
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr