Piyada keçidi sürücülərə çətinlik yaradır.
Xezerxeber.az-ın xəbərinə görə, sürücülər deyirlər ki, nizamlanan işıqfor düzgün yerdə qoyulmadığından onlar əsəs yola çıxarkən problemlə üzləşirlər.
Paytaxtın Sabunçu rayonu, Əmirulla Əliyev küçəsi ilə Zabrat şosesinin birləşən hissəsində yerləşən nizamlanan işıqfor sürücülərdə narazılığa səbəb olub. Onlar bildirilər ki, yol ayrıcında olan işıqforla nizamlanan piyada keçidi dönən zaman problem yaradır. Sürücülər piyada keçidinin yerinin dəyişdirilməsini istəyirlər.
Yol ayrıcında çətinliklə dönən sürücülər məcbur qalıb avtobus zolağına daxil olurlar. Bu səbəbdən elektron qaydada cərimə edildiklərini söyləyirlər.
Sürücülərin piyada keçidinin yerinin dəyişdirilməsi istəyi ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsək də suallarımız cavabsız qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.